Logo

Peşə məktəblərində koronavirusa yoluxan tələbə və işçi heyətinin sayı açıqlanıb

15.10.2021 15:57 1154 baxış
IMG

Peşə təhsili müəssisələrində sentyabrın 29-da ənənəvi dərslər bərpa ediləndən bu günə qədər koronavirusa yoluxan tələbə və işçi heyətinin sayı açıqlanıb.

Tehsil.biz-in xəbərinə görə, Peşə Təhsili üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə peşə təhsili müəssisələrində 40 tələbə, 14 işçi heyət nümayəndəsi virusa yoluxub, 14 tələbə, 8 işçi heyət nümayəndəsi virusa yoluxmuş xəstə ilə təmasda olub.

Peşə təhsili üzrə distant təhsilə keçən müəssisə yoxdur.

Xəbər lenti