Logo

Müəllimlərdən etiraz...

26.11.2020 10:33 1444 baxış
IMG

Son vaxtlar təhsil ictimaiyyətində, xüsusilə, ibtidai sinif müəllimləri və valideynlər arasında yeni nəşr olunan hüsnxətt qaydaları, başqa sözlə hərflərin əlyazma versiyaları narazılıq doğurub.

Onlar bəzi hərflərin əvvəlki yazı qaydalarından xeyli fərqləndiyini, şagirdlər üçün çətinlik yaratdığını bildirib.

Bu barədə  açıqlama verən Zəngilan rayon 20 nömrəli orta məktəbin ibtidai sinif müəllimi  Raziyyə Yusubova qeyd edir ki, Azərbaycan dili dərsliyi mütləq təkmilləşdirilməlidir:

“ Köhnə qaydalarla müqayisədə yeni əlyazmada kəskin fərqlər var. Məsələn, əvvəllər böyük və kiçikliyindən asılı olmayaraq hər hərfdən sonra birləşdirmə xətləri qoyulurdu. İndi  “O”, “B” kimi çıxıntısı olmayan hərflərin birləşdirmə xətti yoxdur. Bu da yalnız həmin hərflərin böyük yazılışına şamil edilir.  Ona görə də şagird həm çaşqınlıq yaşayır, həm də çox aralı yazır. Bundan başqa bəzi hərflərin isə ümumiyyətlə görünüşü dəyişib.

 

Yeni riyaziyyat dərsliyini həqiqətən çox bəyəndim, izahı da rahatdır. Şagirdlər də tez qavrayır,amma Azərbaycan dili dərsliyi təkmilləşməlidir. Dərsliyə görə ilk səhifədən şagird bütün hərfləri artıq bilməli, sözləri oxumalıdır.  Bu tələb kim göstərilir. Səbəb olaraq da şagirdlərin məktəbəqədər hazırlıq keçdiyi vurğulanır. Bütün şagirdlər məktəbəqədər hazırlıqda olmur axı.   Mən öz vəsaitlərimdən istifadə edərək onlara iki ay hərf öyrədib sonradan dərsliyə qayıdıram. Düşünürəm ki, ibtdiai sinif müəllimlərinin əksəriyyəti bu fikirdədir”.

 

Şəki şəhər 14 saylı tam orta məktəbin müəllimi   Solmaz Mürşüdova məsələyə valideyn kimi münasibət bildirib:

 

Mən Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Bu dəyişikliyi oğlumun dərsliyində gördüm. Onlar  hərfləri keçən il məktəbəqədər hazırlıqda əvvəlki qayda ilə öyrəniblər. Bu il iş dəftərində nümunələr yazanda  soruşdu ki, mən də  ilk hərfdən sonra  ayrı yazım? Əvvəl dedim yox, fikirləşdim ki, yəqin  çapda səhv düşüb.  Sonra diqqət etdim ki, bütün iş dəftərində, hətta dərsliklərdə də ayrı yazılır.  Yəqin ki, bu qaydaları öyrətmək və öyrənmək çətin olacaq. Çünki hərflərin yazılışı artıq beyninlərə kök salıb.  Mümkün olan bir şey yoxdur, öyrənəcəklər”.

 

 

Xəbər lenti