Logo

Moskvada Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

23.10.2021 18:54 63 baxış
IMG

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Rusiya və Azərbaycanın mədəni əlaqələrinin humanist ideyaları və müasir dövrün çağırışları” konfransı çərçivəsində rusiyalı və azərbaycanlı şairlərin iştirakı ilə “Ürəkdən gələn sözlər” adlı ədəbi-musiqi festivalı keçirilib.

Tehsil.biz-in məlumatına görə, “Report”un Rusiya bürosu xəbər verir ki, tədbirin təşkilatçısı Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasıdır.

Dəyirmi masada Azərbaycan və Rusiyanın tanınmış xadimləri iştirak ediblər. Onların sırasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, “Literaturnaya qazeta”nın baş redaktoru Maksim Zamşev, EIDA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov, Azərbaycan Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, “Nastoyaşee proşloe” forumunun eksperti, yazıçı Elberd Qaqloyev, Əlyazmalar İnstitutunun elmi katibi, f.e.n. Əzizağa Nəcəfli, mədəniyyat üzrə tarixçi, ədəbiyyatşünas Leonid Vidqof, filologiya elmləri doktoru, Puşkinşünas Nikolay Persov və M.B.Qrekov adına Hərbi rəssamlar studiyasının heykəltəraşı Aleksey Çebanenko olub.

Tədbir çərçivəsində Rusiya-Azərbaycan münasibətlərinə dair məsələlər müzakirə olunub. Bundan başqa, dahi Azərbaycan yazıçılarının tarixdəki roluna toxunulub. “Kommersant” Nəşriyyat evinin icmalçısı Nizami Gəncəvi adına mükafat təsis etməyi təklif edib.

Tədbir başa çatdıqdan sonra baş tutan ədəbi-musiqi festivalı çərçivəsində Nizami Gəncəvinin lirik əsərləri oxunub.

Xəbər lenti