Logo

Bakı Texniki Kollecində şəhid məzunların xatirəsinə həsr olunmuş tədbir keçirilib 

29.10.2021 12:14 478 baxış
IMG

Bakı Texniki Kollecinin təşkilatçılığı ilə kollecin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib 

Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Giriş nitqi ilə çıxış edən Bakı Texniki Kollecinin direktoru Akif Cahangirov sentyabrın 27-də Ermənistanın bütün cəbhəboyu yaşayış məntəqələrimizi atəşə tutmasına cavab olaraq başladılan əks-hücum əməliyyatı nəticəsində düşmənə layiqli cavabın verildiyini, müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyası və rəşadətli ordumuzun şücaəti sayəsində torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, hərbi əməliyyatların başlandığı ilk gündən Azərbaycan vətəndaşları Ali Baş Komandanın ətrafında sıx birləşdi və Prezident-xalq-ordu birliyi qələbəmizin təməlini qoydu. 

Daha sonra çıxış edən Vətən müharibəsi iştirakçıları göstərilən xüsusi qayğı və diqqətə görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirib, həmçinin, öz döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. 

Sonra BTK tələbə gənclərinin ifasında vətənpərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib, qəhrəman şəhidlərimizə həsr edilən videoçarxlar nümayiş etdirilib. 

Tədbirdə YAP Nizami rayon təşkilatı, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, müəllim və tələbələr iştirak ediblər. 

Qeyd edək ki, Bakı Texniki Kollecinin 30-dan çox tələbə və məzunu 44 günlük Vətən müharibəsində iştirak edib. Onlardan iki nəfəri – Elxan Ramazanov və Elçin Abbasov şəhidlik zirvəsinə ucalıb, üç nəfər isə qazi olub.

Xəbər lenti