Logo

Polşanın Silesian Texnoloji Universitetinin professoru Bakı Ali Neft Məktəbində 

20.11.2021 10:11 441 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Polşanın Silesian Texnoloji Universitetinin rektorunun Mərkəzi-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq üzrə səlahiyyətli nümayəndəsi, professor Aleksandr Sladkovski ilə görüşüb.  

Tehsil.biz xəbər verir ki, Polşanın nüfuzlu Universitetinin professorunu Ali Məktəbdə görməkdən məmnun olduğunu bildirən Elmar Qasımov qonağa BANM haqqında məlumat verib, Ali Məktəbin uğurlarından bəhs edib. Rektor bildirib ki, cəmi 10 ildir yaranmasına baxmayaraq, Bakı Ali Neft Məktəbi böyük uğurlara imza atıb, reytinqini yüksəldib: “Bizim tədris proqramımız beynəlxalq səviyyəli proqramdır. BANM-də yüksəkixtisaslı, ingilisdilli peşəkar kadrlar yetişir. Ötən 10 il ərzində Ali Məktəbimiz böyük nüfuz qazanıb. Bizim Ali Məktəb Azərbaycanda ingilis dilində tədris aparılan yeganə texniki ali məktəbdir. BANM tələbələri yerli və xarici şirkətlərdə yüksək səviyyədə istehsalat təcrübəsi keçirlər. Məzunlarımız tam olaraq işlə təmin olunur və hazırda bir çox transmilli şirkətlərdə çalışırlar”.

Təmsil etdiyi ali təhsil ocağı haqqında məlumat verən professor Aleksandr Sladkovski beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini, Bakı Ali Neft Məktəbi ilə də əməkdaşlıq etmək niyyətində olduqlarını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq yaradan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xəbər lenti