Logo

ADU-nun tələbəsi dahi şair Nizami Gəncəviyə  həsr olunmuş  poeziya gecəsində iştirak edib

26.11.2021 14:05 1985 baxış
IMG

Serbiyanın paytaxtı Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş konsert və şairin əsərlərindən ibarət poeziya gecəsi keçirilib. 

Tehsil.biz xəbər verir ki, poeziya gecəsində  Serbiyada təhsil alan  Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsinin tələbəsi Ramiz Hacıyev də iştirak edib. O, Nizami Gəncəvinin Şah əsərlərindən və qəzəllərindən parçalar səsləndirib .

Qeyd edək  ki, tədbir də  Azərbaycanın və başqa ölkələrin Serbiyada olan səfirliklərindən nümayəndələr iştirak ediblər.

Xəbər lenti