Logo

İşəgötürənlərlə əməkdaşlıq gücləndirilir

29.11.2021 09:44 764 baxış
IMG

“Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”-nin direktoru Şaban Cəərçiyev tehsil.biz -ə bildirmişdir ki, istehsalat təliminin keyfiyyətinin artırılması və əməkbazarının tələbləri əsasında kadr potensialının hazırlanması istiqamətində “Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” ilə “Qanun Nəşriyyatı” MMC və “Tuna” QSC arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Geniş elmi və istehsalat bazasının, təcrübəli və ixtisaslı kadrların mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqların inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq “Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” ilə “Qanun Nəşriyyatı” MMC və “Tuna” QSC arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Uzun illərdən bəri nəşriyyat sahəsində öz uğurlu fəaliyyəti ilə tanınmış “Qanun Nəşriyyatı” MMC və “Tuna” QSC ilə “Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” arasında memorandumun imzalanmasında başlıca məqsəd peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcəkdə kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdən ibarətdir.

Əməkdaşlıq çərçivəsində “Qanun Nəşriyyatı” MMC və “Tuna” QSC-də “Poliqrafiya üzrə dizayner” və “Qarafik dizayner” ixtisaslarında təhsil alan tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədi ilə iş yerində təcrübə proqramlarının təşkili və məzun tələbələrin işlə təmin olunması üzrə dəstək göstərilməsi nəzərdə tutulur.

Tərəflər qarşıya qoyulan məqsədlərin reallaşdırılması və birgə fəaliyyət planlarının həyata keçirilməsi üçün peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsini, müəyyənləşdirilmiş istiqamətlər üzrə tədris plan və proqramların birgə hazırlanmasını və peşəkarlığın artırılması məqsədilə təşkil olunacaq təlimlərə mütəxəssilərin cəlb olunmasını məqsədəuyğun hesab etmişlər. 

Xəbər lenti