Logo

Kotirovka sorğusu

04.12.2020 12:56 876 baxış
IMG

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs 2020-ci il üzrə konsolidə olunmuş maliyyə hesabatlarının və vergi auditinin keçirilməsi üçün kənar auditor xidmətinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edir.

İddiaçı kimi iştirak etmək istəyənlərə təklif olunur ki, öz kotirovka təkliflərini möhürlənmiş və imzalanmış zərfdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

 

Kotirovka sorğusunda iştirak etmək üçün tələb olunan sənədlər 11 dekabr 2020-ci il saat 15.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M (əlaqələndirici şəxs: İlham Əliyev, telefon 012-502-47-53/56/58, daxili 144) ünvanına təqdim edilməlidir.

 

Təkliflər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə  tərcümə olunmalıdır). Kotirovka sorğusu proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri 14 dekabr 2020-ci il saat 11:00-da zərflərin açılışında iştirak edə bilərlər.

Xəbər lenti