Logo

Emin Əmrullayev pandemiyanın təhsilə mənfi təsirlərindən DANIŞDI - FOTO

02.12.2021 11:57 319 baxış
IMG

“Pandemiya dövrü bizə göstərdi ki, təhsil və elm sahəsində hansı boşluqlar var”.

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə müstəqilliyimizin bərpasının 30-cu ildönümünə həsr olunan “UNEC İqtisadi Forumu”da çıxışı zamanı təhsil naziri Emin Əmrullayev bildirib.
 
Onun sözlərinə görə, pandemiya emosional və elmi qərarlar arasında böyük fərqin olmasını öyrədib: 

“Qərarlar emosional müstəvidə deyil, digər göstəricilər əsasında verildi. Qərarların hazırkı şəraitdə Azərbaycanı fərqlənən ölkə qismində göstərə bildi. Azərbaycanda tədris ili gec başlasa da, davamlılığı təmin edə bilirik”.

Nazir qeyd edib ki, təhsil və elmi siyasətin qarşısında hər zaman xeyli məqsəd dayanır: 

“Pandemiya dövründə distant təhsillə bağlı əlçatanlıq yeniliyi öyrənildi. Distant təhsil sisteminin özündə mənfi və müsbət mənada bir çox halları var. Distant təhsildə bir qisim öyrənmə təmin etmək olur, amma təbii ki, ənənəvi təhsilin yerini tam verə bilmir. Heç də bütün sahələrdə distant təhsillə istənilən keyfiyyəti əldə edə bilmirik. Keyfiyyət olmadan distant təhsil barədə danışmaq yarım qalır”. 

“Hazırda bir çox problemlərin həlli elmi-tərəqqi və tədqiqatlardan asılıdır. Başa düşməliyik ki, resurslar məhduddur. Bu məhdudiyyətlə hansı sahələri necə inkişaf etdirməyi düşünməliyik. Prosesə bu gün başlamalıyıq ki, nəticəni 20-30 ildən sonra görə bilək. Bilik və bacarıq kafi şərtlərdir. Əsas motivasiyadır. Pandemiya göstərdi ki, dünyada dəyər zəncirləri necə kövrəkdir”,- deyə o əlavə edib.

İlhamə Əbülfət
FOTO: Tapdıq Abdullayev

Xəbər lenti