Logo

Azərbaycan İlahiyyat İnstitutunda onlayn ingilis dili dərsləri davam edir

04.12.2020 14:54 201 baxış
IMG

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi tərəfindən Azərbaycan İlahiyyat İnstitutu tələbələri üçün təşkil olunan onlayn ingilis dili dərsləri davam edir.

 

Beynəlxalq Miqrasiya Təşkilatından verilən məlumata görə, dərslər ABŞ-in Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə BMT-nin Miqrasiya Agentliyi olan

 

BMqT tərəfindən həyata keçirilən “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində keçirilir.

 

Onlayn dərslərin təşkilində əsas məqsəd tələbələrin xarici dil bacarıqlarının gücləndirilməsi vasitəsilə onların akademik və şəxsi inkişafına töhfə verməkdir. Altı ay davam edəcək dərslər ilə bağlı bütün xərclər adı çəkilən layihə tərəfindən qarşılanıb. Pandemiya şəraitində tam olaraq onlayn aparılan ingilis dili dərslərində beş qurup üzrə ümumilikdə 50 nəfər iştirak edir.

 

İştirakçılar əsasən İnstitutda fərqli təhsil pillələrində (bakalavr, magistratura və doktorantura) təhsil alan tələbələrdən ibarətdir.

Xəbər lenti