Logo

Vətən müharibəsininin yeganə xanım şəhidi Arəstə  Baxışovanın ailəsi ziyarət edilib

05.12.2021 13:39 941 baxış
IMG

Dekabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) nəzdində fəaliyyət göstərən Tarix klubunun təşkilatçılığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan xanım şəhidimiz, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Arəstə Baxışovanın ailəsi ziyarət olunub. 

Görüş zamanı ADPU TGT Tarix klubunun rəhbəri Gülpəri Məmmədli Arəstə Baxışovanın portretini şəhidin anasına təqdim etmişdir.

Şəhidin anası Məktubə Baxışova omun həyatından, tələbəlik illərindən, keçdiyi döyüş yolundan, vətənə olan dərin məhəbbətindən bəhs etmiş, şəhid haqqında tələbələri maraqlandıran sualları cavablandırıb.

Xəbər lenti