Logo

Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilib

06.12.2021 09:14 251 baxış
IMG

2021-ci il dekabrın 4-də DİM-in Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun SAT imtahanı təşkil olunub.

Tehsil.biz xəbər verir ki, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub. 

İmtahanda ümumilikdə 55 nəfər iştirak edib.

Növbəti SAT imtahanlarının 2022-ci il martın 12-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar: http://dim.gov.az/activities/exams/sat/ 

Xəbər lenti