Logo

Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçirilir

06.12.2021 10:50 370 baxış
IMG

Şamaxı rayonunda İqtisadiyyat Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun və ADA Universitetinin birgə təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans işə başlayıb.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, AMEA-nın İqtisadiyyat İnstitutunun Baş direktoru, professor Nazim Müzəffərli, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəhbəri Mirəli Kazımov açılış nitqi ilə çıxış edib.

Konfransda elm adamları, iqtisadçılar, bir çox nazirliklərin, komitələrin nümayəndələri iştirak edir.

Xəbər lenti