Logo

Onlayn müsahibələr üçün proqram

04.12.2020 18:22 358 baxış
IMG

Dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start veriləcək. 

 

Onlayn müsahibələrdə iştirak etmək üçün namizədlərin şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olduqdan sonra 6 dekabr saat 23:59-dək elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. 

 

Məlumatlar yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

 

Aşağıdakı linkə daxil olaraq müsabiqənin Azərbaycan və rus bölməsi üzrə müsahibə proqramları ilə tanış ola bilərsiniz:

 

https://www.miq.edu.az/movzular

Xəbər lenti