Logo

Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclası keçirilib

07.12.2021 09:23 238 baxış
IMG

6 dekabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclası keçirilib.

Gündəlik məsələ Azərbaycan dili fənni üzrə hərbi liseylərə qəbul imtahanları modelinə, ingilis dili fənni üzrə isə buraxılış imtahanlarının məzmununa uyğun materialların müzakirəsi olub.

İmtahan modellərində nəzəri biliklərin tətbiqinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan tapşırıqlara üstünlük verilib. Mətn seçiminə, ona aid tapşırıqların verilməsinə xüsusi diqqət yetirilib.

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

Hərbi liseylərə qəbul imtahanları modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək.

13 dekabr 2021-ci il tarixində müzakirələr davam etdiriləcək.

Xəbər lenti