Logo

"Səmərəli öyrədici mühitin qurulması" və "Müasir məzmun və formalı dərsdənkənar işin təşkili" adlı növbəti onlayn təlimlər təşkil olunub

07.12.2021 15:50 349 baxış
IMG

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən region müəllimləri və metodik kabinet əməkdaşları üçün “Səmərəli öyrədici mühitin qurulması” və “Müasir məzmun və formalı dərsdənkənar işin təşkili” adlı növbəti onlayn təlimlər təşkil olunub.

17-30 noyabr tarixlərində Mərkəzin əməkdaşları Nigar Əhmədzadə, Lətafət Cütcüzadə, Ayşə İsmayılova, Cəlalə Yahyalı, Cəmilə Kazımovanın təqdimatında  Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli, Sədərək rayonları, həmçinin Abşeron, Sumqayıt, Gəncə, Xaçmaz, Ucar, Oğuz, Şəmkir rayonları üzrə təlimlər keçirilib.

Təlimlərə ümumilikdə  218 nəfər metodik kabinet əməkdaşı və müəllim qoşulub.

Qeyd edək ki, təlimlərin mərhələli şəkildə 30 region və hər bir region üzrə 25 məktəbin müəllimləri üçün keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti