Logo

"Tarixi-mədəni irsimiz – Xudafərin körpüsü” adlı informasiya məktubu hazırlanıb

09.12.2020 18:30 978 baxış
IMG

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tarixi əhəmiyyətə malik mədəniyyətimizi tanıtmaq məqsədilə yeni informasiya məktubunu sosial şəbəkələrə təqdim edib.

 

Tehsil.biz-in məlumatına görə, kitabxananın informasiya-resurs şöbəsi oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş Xudafərin körpüsü haqqında informasiya məktubu hazırlayıb.


“Tarixi-mədəni irsimiz – Xudafərin körpüsü” adlı informasiya məktubunda igid əsgərlərimizin şücaəti nəticəsində azadlığa qovuşmuş mədəni irsimizdən biri olan Xudafərin körpüsü haqqında ümumi məlumat verilib, “Onbeşaşırımlı” və “Onbiraşırımlı” körpüləri haqqında ətraflı informasiya da öz əksini tapıb.

Xəbər lenti