Logo

Ukraynadakı məktəb direktoru Azərbaycan Prezidentinə təşəkkür edib

12.01.2022 18:07 677 baxış
IMG

Ukraynanın İrpen şəhərindəki Akademik Zərifə Əliyeva adına 12 nömrəli orta məktəbin direktoru Valentina Antonenko Azərbaycan Prezidenti İlham Əliyevə “Dostluq” ordeninə layiq gördüyünə görə təşəkkür edib.

“Report”un Şərqi Avropa bürosuna açıqlamasında yüksək mükafata layiq görülməsi və şərəf verilməsinə görə böyük həyəcan və sevinc yaşadığını deyən məktəb direktoru bütün Azərbaycan xalqına da minnətdarlıq ifadə edib: “Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ruzi-bərəkət, tanrının lütfü, gözəl ölkəniz üzərində sakit səma arzulayıram. Azərbaycan xalqının görkəmli övladı olan Zərifə Əliyevanın adını məktəbimizin yüksək tutacağına sizi əmin edirəm. Bilmənizi istərdim ki, bizim məktəbə Azərbaycan torpağı gətirilərək saxlanılır”.

V.Antonenko Azərbaycanın Ukraynadakı səfirinə də minnətdarlıq bildirib.

Direktor həmçinin “Tərəqqi” medalına layiq görülən müəllimələr Alla Çumak və Yuliya Krılaç adından da minnətdarlıq çatdırıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama görə Ukraynanın İrpen şəhərindəki 12 nömrəli orta ümumtəhsil məktəbinin müəllimləri ali dövlət mükafatlarına layiq görülüblər.

Xəbər lenti