Logo

İngiltərə sakini öz bağında 2000 illik qızıl Roma üzüyü tapıb - FOTO

18.01.2022 09:40 608 baxış
IMG

İngiltərə sakini öz bağçasında 2000 illik Roma dövrünə aid qızıl üzük tapıb. Xəzinəni tapmağa ona həyat yoldaşının verdiyi metal detektoru kömək edib.

Mayk Berkin sözlərinə görə, Milad bayramına az qalmış öz torpaq sahəsini cihazla axtarmaq qərarına gəlib və məhz bu zaman üzüyü aşkar edib.

O, əvvəlcə əlində hansı xəzinənin olduğunu bilməyib və tapıntını yerli muzeyə təhvil verib. Mütəxəssislər üzüyü tədqiq edərək, onun 2000 il əvvəl Böyük Britaniyada yaşamış romalıların nümayəndəsinə məxsus olduğu qənaətinə gəliblər.

Zinət əşyasının üzərində Roma əkinçilik ilahəsi Serera təsvir olunub. Üzüyün çəkisi 12,8 qramdır.

Qiymətli tapıntı hazırda Kornuoll Muzeyindədir. Muzey məhsulla maraqlansa, onu Maykdan satın alacaq, əks halda geri qaytaracaq.

Mənbə: gazeta.ru

Xəbər lenti