Logo

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Nəriman Nərimanovun 150 illik yubileyi qeyd olunub

11.12.2020 14:07 267 baxış
IMG

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ədəbiyyat tariximizdə müstəsna xidmətləri olan dramaturq, ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.

 

Muzeydən Tehsil.biz-ə  bildirilib ki, tədbirdə elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin “Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətində Dağlıq Qarabağ problemi” mövzusunda məruzəsi dinlənilib. O, hələ 1920-ci illərdə sovet rejiminin ortaya atdığı Dağlıq Qarabağ tələbinə qarşı dövlət xadiminin kəskin mövqeyi, çıxışları barədə məlumatları diqqətə çatdırıb.

 

Bildirib ki, realist-demokrat yazıçının təsviri sənətdə də obrazının yaradılması uzun illər Azərbaycan rəngkarlığı və heykəltəraşlığının aparıcı mövzularından biri olub. Ədibin Bakı şəhərində ucaldıan ilk əzəmətli heykəli 1972-ci ildə Xalq rəssamı Cəlal Qaryağdı tərəfindən hazırlanıb.

 

Elmi sessiyada muzeyin doktorantı, Mədəni irs və mənbəşünaslıq şöbəsinin kiçik elmi işçisi Gülsəba Həsənova “Nəriman Nərimanovun obrazı Nizami muzeyinin təsviri sənət nümunələrində” mövzusunda məruzə ilə çıxış edib. O, muzeyin ekspozisiyasını zənginləşdirən və rəssam Mikayıl Abdullayevin fırçasına məxsus olan N.Nərimanovun portreti, o cümlədən heykəltəraşlıq nümunələri haqqında ətraflı məlumat verib.

Xəbər lenti