Logo

Vikipediyanın ingilis dilində 20 Yanvar şəhidlərinin siyahısı yaradılıb

21.01.2022 11:36 126 baxış
IMG

“Qorqud” Vikipediya Metodik Klubunun ekspert və könüllüləri tərəfindən vikipediyanın xarici dil bölmələrində Azərbaycanla bağlı məqalələrin yaradılması və əsaslı şəkildə redaktəsi davam edir.

Bu barədə Vikipediya üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib.

“Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri tərəfindən 20 Yanvar şəhidlərinin siyahısı vikipediynın ingilis dil bölməsində yaradılıb. Məqalədə hadisənin baş verməsi haqqında məlumatlar, şəhidlərin ad və soyadları, fotolar öz əksini tapıb. Məqalə etibarlı istinadlarla zənginləşdirilib.

Ümumiyyətlə, klubun ekspertləri “Şuşa İli” çərçivəsində məqalələrin yaradılmasını sistemli şəkildə həyata keçirir. Ekspertlər Şuşanın tarixi, maddi-mədəni abidələri, görkəmli şəxsiyyətləri haqqında məqalələr vikipediyanın Azərbaycan və xarici dil bölmələrində yaradılır və ya mənbələrlə əsaslı redaktə edilir. Bundan sonra da proses davam etdiriləcək”, - E.Allahverdiyev deyib.

https://en.m.wikipedia.org/wiki/List_of_victims_of_the_Black_January_tragedy?fbclid=IwAR1I4eMf2oVKXwgB_qBV67swKBpFBAIzRoe81B1QM-uMmj5MFpWGXVcUgDU

Xəbər lenti