Logo

SABAH Karyera Qış Məktəbinə qeydiyyatın bitməsinə az qalıb

24.01.2022 10:29 616 baxış
IMG

Yanvarın 25-də SABAH Karyera Akademiyası çərçivəsində artıq altıncı dəfədir ki təşkil edilən SABAH Karyera Qış Məktəbində iştirak üçün qeydiyyat prosesi başa çatır. 

Tehsil.biz xəbər verir ki, qış məktəbində iştirak etmək istəyən tələbələr 25 yanvar saat 00:00-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki: https://forms.office.com/r/QQ9jwi1J1r

Qış məktəbində tələbələr SABAH Karyera Akademiyasının tərəfdaş şirkətlərindən olan peşəkar təlimçilərdən uğurlu karyera başlanğıcı üçün lazım olan fundamental bacarıqları öyrənmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, SABAH Karyera Qış Məktəbi 9-11 fevral 2022-ci il tarixlərində Şamaxıda keçiriləcək.

Qış məktəbi müddətində tələbələr nəqliyyat, yaşayış və qidalanma, təlim materialları ilə təmin olunacaqlar.

Xəbər lenti