Logo

Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib

24.01.2022 16:36 419 baxış
IMG

Dövlət İmtahan Mərkəzində 24 yanvar 2022-ci il tarixində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

Tehsil.biz xəbər verir ki, hər iki fənn üzrə işçi qruplarının iclaslarında gündəlik məsələ onlayn sınaq imtahanı üçün tapşırıqların müzakirəsi olub.

Müzakirələr zamanı materialların müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğunluğuna xüsusi diqqət yetirilib.

Müzakirələrdə bildirilmiş fikir və təkliflər nəzərə alınıb.

İşçi qruplarının növbəti iclası 31 yanvar 2022-ci il tarixində olacaq.

Xəbər lenti