Logo

Həmyerlimiz ABŞ-da "Prezident Co Bayden" fərqlənmə diplomunu qazanıb

27.01.2022 11:01 795 baxış
IMG

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Virciniya ştatında yaşayan həmyerlimiz 12 yaşlı Tomris Qaradağlı ibtidai məktəbi "Prezident Co Bayden" fərqlənmə diplomu ilə başa vurub.

"Tehsil.biz"in məlumatına görə, Tomris bundan başqa gənc istedad olaraq Johns Hopkins və Duke Universitetlərinin mükafatlarına da layiq görülüb.

Qeyd edək ki, Amerikada dünyaya gələn Tomrisin atası təbrizli, anası isə Ucar rayonundandır.

Xəbər lenti