Logo

Kitabxana şəhid leytenant haqqında videoçarx hazırlayıb

18.12.2020 02:22 297 baxış
IMG

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası şəhid leytenant Yunis Əliyev haqqında videoçarx hazırlayıb.

 

İdarədən bildirilib ki, videoçarx kitabxananın “Instagram” səhifəsində oxuculara təqdim edilib.

 

Videoçarxda bildirilir ki, 2000-ci il yanvarın 19-da Bakı şəhərində anadan olan Yunis Suqovuşanın işğaldan azad olunmasında fəal iştirak edib. Baş atıcı olaraq fəallığı ilə seçilib. Oktyabrın 5-i gecə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Bülbülə kəndinin Şəhidlər xiyabanında dəfn olunub.

 

Döyüş yoldaşları qeyd edir ki, Yunisin pulemyotu düşmənlərin kabusu idi. Döyüş zamanı yaralı döyüş yoldaşına yardım edərkən, ayağından yaralansa da, silahı yerə qoymayıb və boyun nahiyəsindən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Xəbər lenti