Logo

DİM-in əməkdaşları Gürcüstanda keçirilən təlimdə iştirak ediblər - FOTOLAR

16.05.2022 16:35 330 baxış
IMG

2022-ci il 10-15 may tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Şərq Tərəfdaşlığı (ŞT) Regional İdarəçilik İslahatı Fondu və GIZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı) Regional Fondunun birgə təşkilatçılığı ilə ŞT ölkələrinin iştirakı ilə Dövlət İdarəçilik İslahatı üzrə II “Peşəkar dövlət qulluğu və peşə təhsili və təlimi (PTT)” layihəsinin ilk təlimi baş tutub.

Tehsil.biz xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn və Hüquqi təminat, dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov regional layihənin “ŞT ölkələrinin dövlət qulluğunda regional rəhbər qrupu üçün idarəetmə və liderlik” üzrə təlim kursunda iştirak ediblər.

Təlim kursu “Liderliyin tələbləri və spesifik problemləri”, “Müasir liderlik”, “Peşəkar ünsiyyət üsulları”, “Məqsədlərin müəyyən edilməsi”, “Planlaşdırma və mümkün müdaxilələr”, “Təşkilatda proseslərin təhlili”, “Xidmətlərin idarə edilməsi və müştərilərə qayğı”, “Təşkilatın marketinqi” kimi mövzularda Almaniyanın dövlət qulluğu və özəl xidmət sektorunda həmkarlar ittifaqlarının aparıcı təşkilatı olan "DBB Academy"nin direktoru Hans Coaşim Rieger tərəfindən aparılıb.

Regional layihənin məqsədi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada dövlət sektorunda müntəzəm qarşılıqlı təcrübə mübadiləsi yolu ilə müasir təlim yanaşmalarını inkişaf etdirmək və praktiki dəstək verməkdir.

2022-ci ilin yanvar ayından başlayan layihənin 2024-cü ilin oktyabr ayınadək davam etməsi planlaşdırılır. 2 illik regional layihə çərçivəsində müxtəlif təlimlər nəzərdə tutulub və layihə 6 təlim modulu ilə 3 beş günlük təlimi əhatə edir.

Azərbaycandan həmin layihədə bir sıra qurumlar iştirak edir:

  • Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi;

  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi;

  • Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.

Qeyd edək ki, 2021-ci il 30 avqust tarixində Şərq Tərəfdaşlığı Regional İdarəçilik İslahatı Fondu və GIZ Regional Fondunun birgə təşkilatçılığı ilə ŞT ölkələrinin iştirakı ilə “Zoom” platforması üzərindən "Peşəkar dövlət qulluğu, habelə texniki peşə təhsili və təlimi" layihəsi üzrə onlayn planlaşdırma görüşü keçirilib. Görüşdə ŞT ölkələrin nümayəndələri arasında regional layihələrin təşkili üçün müvafiq təkliflərin hazırlanması haqqında fikir mübadiləsi aparılıb. Ətraflı: https://dim.gov.az/news/7112/?sphrase_id=1179299

Gürcüstana səfər zamanı DİM-in nümayəndələri Gürcüstanın təhsilin qiymətləndirilməsi üzrə aparıcı qurumu olan Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Sofia Qorqodze və dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında aparıcı qurum olan Gürcüstan Dövlət Qulluğu Bürosunun direktoru Katerine Kardava ilə də görüşlər keçirib, iki qurum arasında əməkdaşlağın hazırki vəziyyəti və gələcək perspektivləri barədə müzakirələr aparıblar.

1

1

1

1

1

1

1

1

Xəbər lenti