Logo

DİM-də “Məşğulluq həftəsi”nin iştirakçıları üçün “Açıq qapı” günü keçirilib

18.05.2022 10:00 351 baxış
IMG

Dövlət İmtahan Mərkəzində “Məşğulluq həftəsi”nin iştirakçıları üçün “Açıq qapı” günü keçirilib.

Tehsil.biz xəbər verir ki, ADA Universitetinin təşkil etdiyi “Məşğulluq həftəsi”nin (Employability Week) iştirakçıları 17 may tarixində Dövlət İmtahan Mərkəzinin  “Açıq qapı” gününə dəvət olunub.

13 nəfər ADA Universitetinin bakalavr və magistr tələbəsi DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. İştirakçılara milli qiymətləndirmə sisteminin yaradılması və keçdiyi inkişaf yolu haqq;nda məlumat verilib, həmçinin videoçarxlar vasitəsilə DİM-in inzibati binasının funksionallığı nümayiş etdirilib.

Daha sonra tələbələrə müxtəlif illərdə nəşr edilmiş DİM-in metodik dəstək vəsaitləri, “Abituriyent” jurnallarının buraxılışları və tərəfdaş qurumlar tərəfindən hazırlanmış və DİM tərəfindən keçirilən beynəlxalq imtahanlar üçün hazırlıq materialları təqdim olunub.

Xatırladaq ki, 2022-ci il 18-27 aprel tarixlərində DİM-in Strateji inkişaf şöbəsi və Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin əməkdaşları ADA Universitetində təşkil olunan “Məşğulluq həftəsində” müxtəlif sessiyalardan ibarət təlimlər təqdim ediblər.

Layihənin son günü təlimlərdə iştirak etmiş tələbələrlə qiymətləndirmə sessiyası aparılıb və qiymətləndirmə nəticəsində ən yüksək nəticə göstərmiş 3 tələbə DİM-də 2 aylıq təcrübə keçmək imkanı əldə edib. Tələbələrin iyun ayında təcrübə proqramına başlaması planlaşdırılır.

Xəbər lenti