Logo

Özbəkistanın Dövlət Qulluğunun İnkişafı Agentliyinin nümayəndələri Bakı şəhərində işgüzar səfərdədirlər - FOTOLAR

23.05.2022 17:49 227 baxış
IMG

23-27 may tarixlərində Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyinin (Agentlik) nümayəndə heyəti Bakı şəhərində işgüzar səfərdə olacaq.

Tehsil.biz xəbər verir ki, DİM-də keçirilən görüşlərin məqsədi açıq rəqabət sisteminin optimallaşdırılması, milli kadr ehtiyatının formalaşdırılması, habelə dövlət qulluğuna namizədlərin seçimində şəffaflığın, ədalətliliyin və obyektivliyin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının qabaqcıl təcrübəsini öyrənməkdir. Bu məqsədlə beş günlük proqram çərçivəsində nümayəndə heyətinə ölkəmizin dövlət qulluğu sistemi barədə müxtəlif təqdimatların edilməsi, həmçinin dövlət idarəçiliyi və vətəndaşlara dövlət xidmətlərin göstərilməsi üzrə ən yaxşı təcrübənin nümayiş etdirilməsi üçün bir sıra qurumlarla müvafiq görüşlərin təşkili planlaşdırılır.

Nümayəndə heyətinin tərkibi Agentliyin Kadrların idarə olunması şöbəsinin müdiri Qurbanov İlham Jumakuloviç, Dövlət orqanlarında və təşkilatlarında kadrlarla işin əlaqələndirilməsi şöbəsinin müdiri Əkrəmov Abbas Aşrapoviç, Dövlət qulluqçularının hüquqlarının müdafiəsi və onlara şərait yaradılması şöbəsinin müdir müavini Mamadjanov Şuxrat Muratoviç, Milli kadrlar ehtiyatı ilə iş şöbəsinin baş inspektoru Abdullayev Timur Qənijanoviç, Özbəkistan Respublikası Prezidentinin Administrasiyasının baş müfəttişi Əzizov Akmal Səfərbəyeviç və Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Qaibov Bəhramdan ibarətdir.

Proqramın ilk günündə nümayəndə heyəti ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey, qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi və avtomatlaşdırılmış çap prosesi ilə tanış olublar.

Daha sonra DİM-in Direktorlar Şurasınin sədri Məleykə Abbaszadə, sədrin müavinləri Bəhram Xəlilov və Namiq Babayev, Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin müdiri Nərminə Bayramova, Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseynin iştirakı ilə qonaqlar arasında görüş keçirilib. Özbəkistan nümayəndə heyəti üçün Azərbaycan Respublikasında dövlət qulluğuna qəbul sisteminə dair təqdimat nümayiş etdirilib.

Qeyd edək ki, Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyi Özbəkistanın dövlət orqanlarında və təşkilatlarında insan resurslarının inkişafı və kadrların idarə edilməsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üzrə məsul orqandır.

1

1

1

1

1

1

1

1

1

Xəbər lenti