Logo

Təhsil naziri Dünya Təhsil Forumunda çıxış edib - FOTOLAR

24.05.2022 15:51 372 baxış
IMG

Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin 22-25 may 2022-ci il tarixlərində Böyük Britaniyanın London şəhərində ənənəvi keçirilən Dünya Təhsil Forumunda iştirakı davam edir.

Tehsil.biz xəbər verir ki, təhsil naziri Forumun “Ümid etdiyimiz cəmiyyəti necə uğurla qura bilərik” mövzusunda təşkil olunmuş 7-ci plenar sessiyada çıxış edib və ölkəmizdə təhsil sahəsində həyata keçirilən fəaliyyət haqqında Forum iştirakçılarını məlumatlandırıb.

Səfər çərçivəsində təhsil naziri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə də işgüzar görüş keçirib. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Xəbər lenti