Logo

Fizika və rus dili fənləri üzrə hazırlıq kurslarının növbəti məşğələləri keçirilib

26.05.2022 18:40 215 baxış
IMG

Dövlət İmtahan Mərkəzində (DİM) fizika və rus dili fənləri üzrə qəbul və buraxılış imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ilk mərhələsinin beşinci məşğələləri keçirilib.

Tehsil.biz xəbər verir ki, hazırlıq kursları DİM-in əsas inzibati binasında əyani, regiondan olan iştirakçılar üçün isə onlayn formada keçirilib.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Fizika fənni üzrə moderator Əlövsət Rəcəbli ali təhsil müəssisilərinə qəbul imtahanları üçün situasiya tapşırıqlarının və onların meyarlarının hazırlanması, rus dili fənni üzrə moderator Viktoriya Ələkbərova isə qəbul imtahanları üçün mətn tapşırıqlarının və onların meyarlarının hazırlanmasına verilən tələblər barədə təqdimatla çıxış ediblər.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Beləliklə, kursun birinci mərhələsi başa çatıb. İştirakçılara ev tapşırığı verilib. Növbəti məşğələdə ev tapşırıqlarının müzakirəsi aparılacaq. 

Xəbər lenti