Logo

Əziz Sancar Bakıdan gənclərə ÇAĞIRIŞ ETDİ

28.05.2022 17:20 312 baxış
IMG

"Gənclər vətənlərini inkişaf etdirmək üçün daha çox çalışmalıdır".

Tehsil.biz xəbər verir ki, bunu Nobel mükafatı laureatı, dünya şöhrətli alim Əziz Sancar "TEKNOFEST Azərbaycan" festivalında çıxışı zamanı deyib.

O, vətən dedikdə həm Azərbaycanı, həm də Türkiyəni nəzərdə tutduğunu vurğulayıb:

"Gənclərin vətənə olan sevgiləri daimi olmalıdır və onun inkişafı üçün əlindən gələni etməlidir. İşlər yolunda getmədikdə belə inadkarlıq edərək inandıqları işi davam etdirməlidir. Siz gəncləri elmə yönəldən, bu festivalı təşkil edənlərə təşəkkür edin".

Xəbər lenti