Logo

Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

13.01.2021 20:19 323 baxış
IMG

İmtahan DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub

 

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

İmtahanda 1 əcnəbi olmaqla 9 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə TOEFL iBT Test Mərkəzi Dövlət İmtahan Mərkəzidir. 

 

Növbəti TOEFL iBT imtahanının 2021-ci il yanvarın 16-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/

Xəbər lenti