Logo

“Pandemiyanın pis cəhəti odur ki, real dərsdən də geri qaldıq" - DİM SƏDRİ

14.01.2021 17:04 590 baxış
IMG

“Pandemiyanın pis cəhəti odur ki, real dərsdən də geri qaldıq. Müsbət cəhəti isə İT texnologiyalardan istifadəni genişləndirdi. Bu sahəni bilməyənlər belə maraqlanmağa başlayıb”.

 

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib. 

 

O, informatika fənninin vacibliyini vurğuladı:

 

“Riyaziyyatla bağlı imtahanlarda  İT sahəsini yaxşı cavablayan xeyli abituriyent tapmaq mümkündür. İnformatika dərsi çox vacibdir. Bunun üərində işlənilir və ola bilsin ki, 1-2 il sonra yeni layihə təqdim olunsun. Riyaziyyatdan elə bəzi suallar birbaşa informatikaya aiddir. Belə şəxsləri biz axtarırıq”.

Xəbər lenti