Logo

Fevralın 1-dən tələbə köçürülmələri prosesi başlanılsa da... - VACİB MƏQAM

15.01.2021 15:52 360 baxış
IMG

"Tələbə köçürülmələri zamanı bəzilərinin imtahan nəticələri nəzərə alınmaya bilər”.

 

 

Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Pandemiya şəraitində tədrisin və imtahanların təşkili” mövzusunda keçirilən onlayn tədbirdə deyib.

 

 

O, qeyd edob ki, fevralın 1-dən tələbə köçürülmələri prosesi başlanılsa da, sessiya imtahanları bitməyəcək:

 

 

“Tələbələrin imtahanlarını verəcəkləri fənn üzrə qiymətləri köçürülmə zamanı nəzərə alınacaq, vermədikləri imtahanlar isə transfer üçün problem yaratmayacaq”.

Xəbər lenti