Logo

“Netflix” 300 işçisini işdən çıxardıb

26.06.2022 01:29 300 baxış
IMG

Məşhur yayım platforması “Netflix” yenidən işçilərini işdən çıxarıb.

Tehsil.biz "Cumhuriyyet"ə istinadən xəbər verir ki, şirkət 300 işçisi ilə yollarını ayırıb.

Bir neçə həftə öncə 150 işçini işdən çıxardan platforma abunə sayının azalması səbəbi ilə bu addımı atdığını bildirmişdi.

Getdikcə rəqabətə tab gətirə bilməyən “Netflix” yarandığı gündən ilk dəfədir bu halla qarşılaşır.

Qeyd edək ki, “Netflix”in reklam təklifləri sürətli şəkildə azalır.

Xəbər lenti