Logo

Dövlət İmtahan Mərkəzində yanvarın 16-da TOEFL iBT imtahanı keçirilib

17.01.2021 12:39 306 baxış
IMG

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

İmtahanda 10 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə TOEFL iBT Test Mərkəzi Dövlət İmtahan Mərkəzidir. 

 

Növbəti TOEFL iBT imtahanının yanvarın 30-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://dim.gov.az/activities/exams/toefl

Xəbər lenti