Logo

Təltif edilən şəhid təhsil işçiləri... - FOTO

19.01.2021 11:35 816 baxış
IMG

44 günlük Vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri ölümündən sonra müxtəlif dərəcəli medallarla təlif ediliblər.

 

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şəhid təhsil işçilərindən 19 nəfəri “Vətən uğrunda”, 7 nəfəri “Şuşanın azad olunmasına görə”, 3 nəfəri “Füzulinin azad olunmasına görə”, 2 nəfəri “Xocavəndin azad olunmasına görə”, 4 nəfəri “Cəsur döyüşçü”, 5 nəfəri “Qubadlının azad olunmasına görə”, 4 nəfəri “Döyüşdə fərqlənməyə görə”, 5 nəfəri “Cəbrayılın azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə”, 2 nəfəri isə “Laçının azad olunmasına görə” medalları ilə təltif ediliblər.

 

Xəbər lenti