Logo

Təhsil nazirliyi distant diplomu tanımaq istəmir: Hüquqi əsas yoxdur

19.01.2021 11:42 938 baxış
IMG

“Təhsil Nazirliyinin indiki halda distant diplomlarla bağlı ikili standartlar tətbiq etməsi yolverilməzdir”.

 

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.

 

O, Təhsil Nazirliyinə istinadən deyib ki, xarici ölkələrin üniversitetlərinə distant formada qəbul olanların aldığı diplom və ixtisaslar ölkəmizdə tanınmayacaq: “Düşünürəm ki, bu cür yanaşma indiki halda ölkəmizə və Təhsil Nazirliyinə hörmət gətirmir. Bu, açıq-aşkar ikili yanaşmadır və beynəlxalq təhsil platformalarında ölkəmiz üçün də başucalığı gətirməyəcək.

 

Özümüzdə distant formada tədris prosesi davam etdirildiyi bir vəziyyətdə dünyada, məsələn, top 100-də olan universitetin distant diplomunu tanımamaq sadəcə ağlasığmazdır və heç bir izahı yoxdur”.

 

Mütəxəssis deyir ki, Azərbaycanda xaricdə təhsil alan şəxslərin diplomu birbaşa tanınmır: “Onların diplomları tanınmaq üçün müəyyən proseduralardan keçirilir. Fikrmcə, yalnız "distant forma" olduğu əsas gətirilərək tələbələrin qanuni əldə etdiyi diplomların bu prosedulardan kənarlaşdırılması ikili yanaşmadır, qanunvericiliyə ziddir və hüquqi müstəvidə Təhsil Nazirliyini çıxılmaz vəziyyətə sala bilər.

 

Ona görə qanuna ziddir ki, bu tip təhsil forması Təhsil qanununda nəzərdə tutulub, bu forma ölkədə tətbiq edilir və yekunda dövlətin tanıdığı diplom verilir.

 

Teleqraf.com

 

Odur ki, "distant forma" səbəbindən xarici distant diplomun tanınmasından imtina indiki halda heç bir hüquqi əsas yoxdur”.

Xəbər lenti