Logo

Dövlət İmtahan Mərkəzində onlayn formatda hazırlıq kursları keçiriləcək

22.01.2021 19:56 392 baxış
IMG

Dövlət İmtahan Mərkəzində 23-24 yanvar 2021-ci il tarixlərində Azərbaycan dili, riyaziyyat, ingilis dili və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların yoxlanılmasına dair hazırlıq kursları keçiriləcək.

 

COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin qaydaları nəzərə alınaraq hazırlıq kursları “Zoom” platforması üzərindən həyata keçiriləcək.

 

Kurslarda Bakı, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan və Lənkərandan Dövlət İmtahan Mərkəzinin elektron qeydiyyatından keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak edəcəklər.

Xəbər lenti