Logo

Yaqub Mahmudov Tarix İnstitutunun direktoru vəzifəsindən azad edildi

23.01.2021 15:53 557 baxış
IMG

Akademik Yaqub Mahmudov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib.

 

Tehsil.biz bildirir ki, bu barədə AMEA-dan məlumat verilib.

 

Bildirilib ki, Yaqub Mahmudov AMEA prezidentinin müşaviri təyin edilib.

 

Qeyd edək ki, Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. O, 2004-cü ildən Tarix İnstitutunun direktoru vəzifəsində çalışırdı.

Xəbər lenti