Logo

"İşsiz-gücsüz, öz sahəsində heç nəyə nail olmayanlar növbədə vəzifə gözləyirlər" - EKSPERT

04.08.2022 10:57 1324 baxış
IMG

"Təhsil sektorunda son illər aparılan kadr siyasəti təhsilin məhvinə yönəlmiş ən qısa yoldur".

Tehsil.biz xəbər verir ki, bunu dosent, təhsil üzrə ekspert İlham Əhmədov bildirib.

O qeyd edib ki, son illər Təhsil İnstitununda baş verən eybəcər kadr siyasəti yaxın gələcəkdə AMEA-nın institutlarının da başına gələ bilər:

"İctimaiyyətin rəyi əgər həqiqətən də hökumətə maraqlıdırsa, müəllimlər neçə ildir, bu məsələni qabardır, niyə nəticəsi yoxdur? İndi də yəqin eyni iş elmin də başına gətiriləcək. Son illər "Təhsil İnstitunu"nda baş verən eybəcər kadr siyasəti yaxın gələcəkdə AMEA-nın institutlarının da başına gələ bilər. O qədər işsiz-gücsüz, öz sahəsində heç  nəyə nail olmayan menecerlər var ki, növbədə vəzifə gözləyirlər".

Xəbər lenti