Logo

Sertifikatlaşdırmanın test mərhələsində tapşırıqlar bu vəsaitlərdən düşəcək? - AÇIQLAMA+FOTO

09.08.2022 11:13 11661 baxış
IMG

"Heç kimə sirr deyil ki, indiyə qədər nazirliyin keçirdiyi mərkəzləşmiş imtahanlarda tədris metodikası və təlim strategiyalarına aid test tapşırıqları "Təhsildə Araşdırma və İnkişaf Mərkəzi” adlanan kursun rəhbəri İlkin Həsənovun və “Maksimum Tədris Mərkəzi” adlanan digər kursun rəhbəri Aynur Rüstəmovanın həmmüəllifliyi ilə keçən illərdə nəşr edilən kitabdan düşüb".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspertin dediklərinə görə, kitabın elmi redaktoru Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi adlanan qurumunun direktoru Nəzakət Mehdiyeva olub: "Hazırda İlkin Həsənov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinə direktoru, Aynur Rüstəmova isə Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər. İlkin Həsənov həm də MİQ sualllarının hazırlanması komissiyasının eksperti olduğu üçün nazirliyin test bazasındakı suallarla tanışdır. Qeyd etdiyim məsələlər ictimailəşəndən sonra tədris metodikası və təlim strategiyalarına dair kitabın bu ilki nəşrində müəlliflərin və redaktorun adları çıxarılmışdır. Belə ki, vəsait nəzəriyyə və test tapşırıqlarından ibarət olmaqla iki hissədə çap edilmişdir".

Kamran Əsədov həmin ikihissəli və müəllifsiz olan kitabın hazırda 15 manatdan satıldığını bildirib: "Əvvəllər onsuz da mərkəzləşmiş müsabiqə və imtahanlara bazar adamları cəlb edilirdi. İndi isə həmin bazar nazirliyin strukturna daşınıb və ora bazara döndərilib".

Xəbər lenti