Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təmayüllü siniflərin məzunlarına sertifikatlar təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə 2019-cu ildən respublikamızda həyata keçirilən “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinə uyğun olaraq 2021-2022-ci tədris ilindən Vəndam qəsəbə 1 saylı tam orta məktəbində fəaliyyət göstərən Peşə Təmayüllü sinfin məzunlarına İT mütəxəssisi köməkçisi və Dərzi köməkçisi ixtisasları üzrə ilk peşə təhsilini başa vurduqları üçün sertifikatlar təqdim edilib.
Çıxış edənlər layihənin əhəmiyyətindən, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, məzunlara işlərində uğurlar arzulayıblar.