Logo

Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda Andreas Şleyxer əsas məruzə ilə çıxış edəcək

26.09.2022 14:16 230 baxış
IMG

Noyabrın 5-də Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu keçiriləcək.

Təhsilin İnkişafı Fondundan Tehsil.biz-ə bildirilib ki, forumda Andreas Şleyxer əsas məruzə ilə çıxış edəcək.

Dünyaşöhrətli Andreas Şleyxer İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təhsil və bacarıqlar üzrə direktoru, PISA-nın (Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramı) yaradıcısı, Heydelberq Universitetinin fəxri professorudur.

Andreas Şleyxerin "Dünya standartları: XXI əsrin təhsil sistemini necə qurmalı" kitabı Elm və Təhsil Nazirliyinin dəstəyi ilə T-Network platforması tərəfindən Azərbaycan dilində çap edilib.

Xatırladaq ki, beynəlxalq forumda iştirak ödənişsizdir. Arzu edənlərə beynəlxalq sertifikat veriləcək. Beynəlxalq sertifikat qeydiyyatı üzrə yerlər məhduddur. Çıxışlar Azərbaycan dilinə tərcümə olunacaq.

Forumda onlayn iştirak üçün qeydiyyatdan keçmək lazımdır.

Xəbər lenti