Logo

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Aparatının ilk Həmkarlar təşkilatı yaradılıb

01.10.2022 12:53 381 baxış
IMG

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında aparatın ilk Həmkarlar təşkilatının yaradılması, oranın üzvlərinin təyin edilməsi, heyət üzvünün sədr və üzvlərin həmçinin təftiş komissiyasının yaradılması məqsədi ilə görüş keçirilib. 

Tehsil.biz xəbər verir ki, görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərov, təşkilati şöbənin şöbə müdiri Rüstəmov Emil, əməkhaqqı və sosial müdafiə şöbəsinin şöbə müdiri Məmmədov Sərdar, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Gəncə bölməsinin sədri Bayram Hacıyev, GDRTİ-nin müdir müavini Rövşən Kərimov və idarənin əməkdaşları iştirak ediblər. 

Açıq səsvermə ilə keçirilən görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Ayşən Kazımova aparatın ilk həmkarlar təşkilatının sədri seçilib. Bundan başqa idarənin digər əməkdaşları müvafiq olaraq sədr müavini və üzv olaraq seçiliblər.

Xəbər lenti