Logo

Qazaxıstanda məktəblilər uşaq bağçasında qırğın törədiblər

03.10.2022 10:41 275 baxış
IMG

Qazaxıstanda yeniyetmələr uşaq bağçasının binasına daxil olaraq müəssisənin əmlakını sındıraraq zədələməyə başlayıblar.

"Tehsil.biz"in xarici KİV-ə istinadən məlumatına görə, doqquz yeniyetmə oyun otağında poqrom təşkil edərək pəncərələri sındırıb, oyuncaqları cırıb və gəlincikləri sındırıb. Bir qrup yeniyetmədən olan iki oğlan uşaq bağçasının mühafizəçisi tərəfindən tutulub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları doqquz məktəblinin valideynlərini polis bölməsinə çağıraraq, yetkinlik yaşına çatmayanlar barəsində “Yetkinlik yaşına çatmayanın tərbiyəsi və (və ya) təhsili, hüquq və mənafelərinin müdafiəsi vəzifələrini yerinə yetirməmə” maddəsi ilə inzibati protokollar tərtib ediblər.

Qeyd olunur ki, inzibati iş baxılması üçün məhkəməyə verilib.

Xəbər lenti