Logo

Toronto Universitetinin professoru Edilli cinayətindən dəhşətə gəlib

07.10.2022 16:33 263 baxış
IMG

Dünyanın müxtəlif ölkələrində yaşayan elm xadimləri Ermənistanın növbəti hərbi cinayətini – Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqların aşkar olunmasını dəhşətli hadisə kimi qiymətləndirirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Tehsil.biz"ə verilən məlumata görə, Almaniyada yaşayan azərbaycanlı alim, professor Məsud Əfəndiyevə ünvanladığı məktubda Toronto Universitetinin professoru Vitali Vuqalter belə yazıb: “Əziz Məsud! Bu dəhşətdir! Ermənilər həmişə öz siyasətlərində və müharibə cinayətlərində ikiüzlüdürlər”.

Qeyd edək ki,  Humboldt mükafatı alan ilk azərbaycanlı riyaziyyatçı, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyev Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı alim həmkarlarına müraciət edib.

Xəbər lenti