Logo

Rüstəm Məmmədov elmi araşdırmalarına görə akademik seçildi

10.02.2021 16:08 894 baxış
IMG

Bakı Dövlət Universitetinin Beynəlxalq ümumi hüquq kafedrasının müdiri Rüstəm Məmmədov "Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası"nın akademiki seçilib.

 

Tehsil.biz  xəbər verir ki, akademiyanın Azərbaycan üzrə təmsilçisi olan professor E.İsgəndərzadənin dediyi kimi, bu siyahıda Arif Paşayev, Xoşbəxt Yusifzadə, Cəmil Əliyev, Habil Qurbanov, Kamran İmanov, Vaqif Şadlinski, Yaqub Mahmudov və digər tanınmış simaların adları var.

 

Rüstəm Məmmədov eyni zamanda 24 yanvar 2021-ci ildə akademiyanın qızıl medalı ilə də təltif olunub.

 

Rüstəm Məmmədov bu ada və mükafata elmi axtarışlarına, yazdığı və nəşr etdirdiyi kitablara görə layiq görülüb.

Xəbər lenti