Logo

Şamaxı Astrofizika Rəsədxanasında aparılmış elmi-tədqiqatlara dair hesabatlar dinlənilib

26.11.2022 10:22 158 baxış
IMG

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Elmi Şuranın hesabat iclasları keçirilib.

Bu barədə rəsədxanadan məlumat verilib.

İclaslarda rəsədxananın elmi şöbələrinin müdirləri və müvafiq elmi işlər üzrə rəhbərlərin çıxışları dinlənilib. Çıxışlarda cari il ərzində görülmüş işlərin yekunlarına dair hesabatlar təqdim edilib, əldə olunmuş elmi nəticələr, dərc edilmiş elmi əsərlər, innovasiya fəaliyyəti, qrant layihələri və kadr hazırlığı haqqında geniş məlumat verilib.

Sonra müzakirələr aparılıb, hesabat ili ərzində əldə olunan nəticələrin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, elmi və elmi-təşkilati fəaliyyətin daha səmərəli təşkili ilə əlaqədar təkliflər irəli sürülüb.

Rəsədxananın elmi şöbələrində 2022-ci ildə aparılmış elmi-tədqiqatların yekunlarına dair hesabatlar qəbul olunub.

Xəbər lenti