Logo

Rusiyada 14 yaşlı məktəbli altı yaşlı qardaşını öldürməkdə şübhəli bilinir

04.12.2022 11:15 1353 baxış
IMG

Moskva vilayətində valideynlər altı yaşlı oğlunun qan içində meyitini tapıblar.

Tehsil.biz xəbər verir ki, bu barədə REN telekanalı öz mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə 2022-ci il dekabrın 3-də baş verib. Belə ki, oğlan evdə 14 yaşlı bacısı ilə qalıb, məktəbli qız ona baxıb. Valideynlər gecə evə qayıdanda oğullarının meyitini qanlı çarpayıda tapıblar.

“İlkin olaraq onun bacısı şübhəli bilinir. Araşdırmadan sonra bunu təsdiq və ya təkzib etmək mümkün olacaq”, - mənbə bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır. Ekspertiza təyin edilib və nəticələrə əsasən qərar veriləcək.

Xəbər lenti